Mingəçevirdə sərnişin avtobusunun vurduğu piyada dünyasını dəyişib - YENİLƏNİB
- 10 sentyabr, 2017
- 19:27
Mingəçevir. 10 sentyabr. REPORT.AZ/ Mingəçevirdə sərnişin daşıyan mikroavtobusun vurduğu ahıl kişi xəstəxanada dünyasını dəyişib.
"Report”un Şirvan bürosu xəbər verir ki, "Mercedes" markalı mikroavtobusun vurduğu şəhər sakini, 1956-cı il təvəllüdlü Kərimov İdris Nəbi oğlunun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
***22:24
Mingəçevir şəhərində mikroavtobus piyadanı vurub.
"Report"un Şirvan bürosunun məlumatına görə, 27-də Mingəçevir-Yevlax (Aran qəsəbəsi) istiqamətində baş verib.
Belə ki, şəhər sakini,1956-cı il təvəllüdlü Kərimov İdris Nəbi oğlunu avtomobil vurub. Yaralı Sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəıziyyətinin ağır olduğun bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.