Mingəçevirdə bacısını qətlə yetirən şəxsin cəzası ağırlaşdırılıb
- 07 fevral, 2022
- 07:05
Mingəçevirdə bacısını öldürməkdə təqsirləndirilən Malik Məmmədovun cəzası ağırlaşdırılıb.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə qərar Şəki Apellyasiya Məhkəməsində elan edilib.
Belə ki, onun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il artırılıb.
Qeyd edək ki, hadisə 2020-ci il sentyabr ayında Mingəçevir şəhərində yerləşən istirahət parklarının birində baş verib.
Belə ki, Yevlax rayonunun Xanabad kənd sakini, 1985-ci il təvəllüdlü M.Məmmədov bacısı, 1986-cı il təvəllüdlü M.Məmmədovanı qısqanclıq zəminində qətlə yetirib.
Qadın aldığı 12 bıçaq zərbəsindən dünyasını dəyişib.
M.Məmmədova Cinayt Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökü ilə M.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.