Mingəçevir sakini güllələnib
Hadisə
- 04 oktyabr, 2023
- 07:22
Oktyabrın 4-ü gecə saatlarında Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Məhərrəmov Mübariz Məhərrəm oğlunun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, ilkin araşdırma zamanı M.Məhərrəmova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu, 1984-cü il təvəllüdlü Mehnətov Pərvin Qurbanəli oğlu olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə P.Mehnətov şübhəli şəxs qismində saxlanılıb və ondan cinayətdə istifadə etdiyi odlu silah götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:24
Cud Bellinqem "Real"la müqaviləsinin müddətini uzatmağa yaxındır
Futbol14:23
Türkiyə MMN: Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur
Xarici siyasət14:17
Yaponiya KXDR-in ballistik raket buraxdığını bildirib
Digər ölkələr14:08
Türkiyə Səfirliyi: Azərbaycanın suverenliyi uğrunda canlarından keçən bütün qardaşlarımızı yad edirik
Xarici siyasət14:00
Məsim Məmmədov Çində səfərdədir
Xarici siyasət14:00
20 Sentyabr müstəqil Azərbaycan tarixinin ən şərəfli və əlamətdar günlərindən biridir - RƏY
Qarabağ13:45
Keniyalı atlet Aqnes Nqetiç Danimarkada yeni dünya rekordu müəyyənləşdirib
Fərdi13:35
Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb
Region13:21