Cud Bellinqem "Real"la müqaviləsinin müddətini uzatmağa yaxındır

Futbol
  • 20 sentyabr, 2026
  • 14:24
Cud Bellinqem Realla müqaviləsinin müddətini uzatmağa yaxındır

İspaniyanın "Real" klubu yarımmüdafiəçisi Cud Bellinqemlə müqavilənin müddətini uzatmağa yaxındır.

"Report"un insayder Nikolo Şiraya istinadən məlumatına görə, yeni sözləşmə 2032-ci ilə qədər nəzərdə tutulub.

23 yaşlı ingiltərəli futbolçunun hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, C.Bellingem 2023-cü ildən Madrid təmsilçisinin şərəfini qoruyur. Yarımmüdafiəçi "Kral klubu"nun heyətində 147 matçda forma geyinib, 49 qol vurub və 36 məhsuldar ötürmə verib.