Meyvə dərmək üçün ağaca çıxan Samux sakini yıxılaraq ağır xəsarət alıb

Hadisə
  • 11 may, 2017
  • 22:22
Meyvə dərmək üçün ağaca çıxan Samux sakini yıxılaraq ağır xəsarət alıb

Bakı. 11 may. REPORT.AZ/ Samux rayonunda yerli sakin ağacdan yıxılaraq ağır xəsarət alıb.

"Report" xəbər verir ki, 1984-cü il təvəllüdlü Məmmədov Ramiz Həmil oğlu meyvə dərərkən ağacdan yerə yıxılıb.

O, xəsarətləri ağır olduğundan Bakının 1 saylı Kliniki Tibbi Mərkəzinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə