Metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Hadisə
  • 31 yanvar, 2017
  • 14:55
Metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində Daxili İşlər Nazirliyinə (DİN) zəng edərək metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

“Report”un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 10-na təyin edilib.

Qeyd edək ki, ötən ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. "102 xidməti"nə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib və saxlanılıb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İsmayılov 5 il müddətinə azadlıqdfan məhrum edilib.

44 filmi