Bakıda işıq dirəyi aşıb, şirkətin iki əməkdaşı xəsarət alıb
Hadisə
- 20 iyul, 2024
- 06:43
Bakıda işıq dirəyi aşıb, şirkətin iki əməkdaşı xəsarət alıb.
"Report" xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən "Mətanət A" şirkətində işıq dirəyi aşıb.
Nəticədə orada çalışan Ramil Kərimov və Nihat Məmmədov xəsarət alıb.
“Mətanət A” şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, elektrik xətti qurumun Qaradağdakı zavodundan 5 kilometr uzaqlıqda yerləşir: “Hadisə zavodun çölündə baş verib. Belə ki, elektrik işlərini icra edən podratçı şirkət zavodun çölündə iş görən vaxt dirək aşıb. Xəsarət alan şəxslər də həmin podratçı şirkətin əməkdaşlarıdır. Baş verən hadisənin bizim şirkətə heç bir aidiyyəti yoxdur”.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:10
Abşeronda qonşular arasında baş verən münaqişə ölümlə nəticələnib
Hadisə23:06
Azərbaycanın Çexiyadakı səfirliyində anım tədbiri keçirilib
Xarici siyasət22:48
Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Region22:32
Güclü fırtına ABŞ-nin şimal-şərqində 75 minə yaxın insanı işıqsız qoyub
Digər ölkələr22:16
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Hadisə22:05
Azərbaycan millisini Litva ilə oyunda 100 azarkeş dəstəkləyəcək
Futbol21:43
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Digər ölkələr21:29
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
Region21:15