Bakıda mənzildən 15 min manat, 15 min dollar və 40 min manatlıq qızıl oğurlanıb

Hadisə
  • 19 iyun, 2019
  • 07:21
Bakıda mənzildən 15 min manat, 15 min dollar və 40 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən içərisində külli miqdarda pul və qızıl zinət əşyaları olan seyf oğurlanıb. 

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.