Mehman Hüseynovun məhkəməsinin vaxtı açıqlanıb
Hadisə
- 17 avqust, 2018
- 09:03
Mehman Hüseynov
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 avqust. REPORT.AZ/ Bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciət üzrə məhkəmənin vaxtı açıqlanıb.
"Report"un məlumatına görə, Qaradağ Rayon Məhkəməsində keçiriləcək iclas avqustun 24-nə təyin edilib.
Məhkəmə hakim Rəşad Məmmədovun icraatına verilib.
Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.
Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.
Son xəbərlər
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr
02:14
Tramp ABŞ-İran danışıqlarının davam etdiyini bildirib
Digər ölkələr
01:49
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
Region
01:41
Fransada etirazlar zamanı təhlükəsizliyi 70 000 asayiş keşikçisi təmin edəcək
Digər ölkələr
01:17
ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
Digər ölkələr
00:46
ICF-nin gələnilki qitə çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib
Komanda
00:30
Rubio G7-nin XİN başçılarının görüşündə iştirak üçün Parisə səfər edəcək
Digər ölkələr