Məhkəmə-Hüquq Şurasına iki yeni üzv seçilib

Hadisə
  • 28 oktyabr, 2021
  • 12:58
Məhkəmə-Hüquq Şurasına iki yeni üzv seçilib

Məhkəmə-Hüquq Şurasına iki yeni üzv qəbul edilib.

Bu barədə “Report”a Şuradan məlumat verilib.

Bildirilib ki, Məhkəmə-Hüquq Şurasında apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub.

Qeyd edilib ki, həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb: “Nnamizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər".

Xatırladaq ki, Məhkəmə-Hüquq Şurasının 15 üzvü var. Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.