Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun apellyasiya şikayətini təmin etməyib
Hadisə
- 03 sentyabr, 2025
- 15:16
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə qəbul olunmuş məhkəmə qərarından verilmiş apellyasiya şikayəti əsasında keçirilən məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib.
Bəhruz Səmədovun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bəhruz Səmədov ötən ilin avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb.
O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Son xəbərlər
20:50
KİV: ABŞ yenidən Venesuela sahillərində sanksiya altında olan gəmini saxlayıb
Digər ölkələr20:45
Oğuzda mikroavtobus qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
Hadisə20:43
İstanbulda narkotik işi ilə bağlı üç nəfər həbs olunub
Region20:35
Foto
"Media Savadlılığı" Həftəsi çərçivəsində gənclər üçün xarici ekspertlərin iştirakı ilə təlimlər keçirilib
Media20:23
İran nəqliyyatda vahid idarəetmə sistemi yaratmaq istəyir
Region20:13
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Region20:06
Orban: Aİ sülhməramlılarının Ukraynaya göndərilməsi Rusiya ilə müharibəyə gətirib çıxaracaq
Digər ölkələr19:55
Foto
Naxçıvanda "Suverenlik kuboku" uğrunda voleybol birinciliyi başa çatıb
Komanda19:41
Foto