​Mehdiabadda bir nəfər intihara cəhd göstərib

Hadisə
  • 29 iyul, 2015
  • 15:45
​Mehdiabadda bir nəfər intihara cəhd göstərib

Bakı. 29 iyul. REPORT.AZ/ Abşeron rayonu, Mehdiabad qəsəbəsində 1 nəfər intihara cəhd göstərib. "Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.