Livanın baş naziri Həriri istefaya gedəndən sonra ilk dəfə ölkəyə qayıdıb

Hadisə
  • 21 noyabr, 2017
  • 22:02
Livanın baş naziri Həriri istefaya gedəndən sonra ilk dəfə ölkəyə qayıdıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Livanın baş naziri Saad Həriri vəzifəsindən istefa verdikdən sonra ilk dəfə ölkəyə qayıdıb.

“Report” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Saad Həriri noyabrın 4-də həyatı ilə bağlı təhlükə səbəbindən istefa verib. O, 3 noyabr 2016-cı ildə Livanın baş naziri təyin olunub.