Lənkəranda fərdi ev tamamilə yanıb

Hadisə
  • 26 noyabr, 2026
  • 12:09
Lənkəranda fərdi ev tamamilə yanıb

Lənkəran rayonunda fərdi yaşayış evi tamamilə yanıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şıxəkəran kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Rəsmiyə Yədulla qızı Əliyevaya məxsus ümumi sahəsi 120 kvadratmetr olan evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb, alovun kənar tikililərə keçməsinin qarşısı alınıb.

Yanğının başvermə səbəbi araşdırılır.

44 filmi