Lənkəranda yanğın zamanı iri buynuzlu heyvanlar və ev quşları tələf olub
Hadisə
- 27 noyabr, 2016
- 20:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Girdəni kəndində ümumi sahəsi 80 kvadratmetr olan tövlənin dam örtüyü, içərisinə yığılmış 20 ton ot bağlaması və yaxınlıqdakı ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndi yanıb.
Yanğın zamanı tövlədə olan 5 baş iri buynuzlu heyvan və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Son xəbərlər
04:43
NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
Digər ölkələr04:06
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Region03:40
ABŞ-də "Isaias" qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr03:11
"Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
Region02:36
Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
Digər ölkələr02:09
Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir
Futbol01:45
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur
Ekologiya01:16
ABŞ-də qasırğa fonunda ehtiyatdan 4 milyon barelədək neftin buraxılmasına icazə verilib
Digər ölkələr00:44