Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO
Hadisə
- 25 mart, 2016
- 12:26
Bakı. 25 mart . REPORT.AZ/ Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Darquba kəndində baş verib.
Belə ki, Lənkəran şəhər sakini, Heydər Əliyev küçəsi 73 saylı mənzildə yaşayan, 1993-cü il təvəllüdlü Məmmədli Nəriman Seyran oğlu idarə etdiyi VAZ-21015 markalı 42-BS-753 dövlət nömrə nişanlı avtomaşınla idarəetməni itirərək, yol kənarındakı maneəyə çırpılıb. Sürücü hadisə yerində keçinib.
Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, N.Məmmədlinin aprel ayının 27-də toyu olacaqmış.
Son xəbərlər
13:31
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Xarici siyasət13:31
"Arsenal" "Sportinq"in futbolçusu İvan Fresneda ilə maraqlanır
Futbol13:29
Monqolustan Azərbaycanla birbaşa aviareyslərin tezliklə işə salınacağını gözləyir
Xarici siyasət13:29
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir
Xarici siyasət13:25
Foto
Britaniya şirkətlərinin Azərbaycanın yaşıl enerji dəhlizlərində iştirakı müzakirə edilib
Energetika13:24
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
Xarici siyasət13:17
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
Xarici siyasət13:16
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Xarici siyasət13:11