Lənkəranda çayda balıq tutan gənci elektrik cərəyanı vuraraq öldürüb
Hadisə
- 20 oktyabr, 2023
- 12:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəranda 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini, akademik Zərifə Əliyeva küçəsi ev 80 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Aslanlı Fərid Rahim oğlu ərazidən keçən Girdəniçayda balıq tutarkən ehtiyatsızlıqdan əlindəki balıq tutan alət 11 metr hündürlükdə 10 min voltluq elektrik cərəyanı xəttinə ilişib. Cərəyan vuran F.Aslanlı çaya düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:22
"Axios": Rubio İran nümayəndələrinin Nyu-Yorkdan çıxmasını tələb edib
Digər ölkələr04:53
Süni intellekt biosilahlar yaratmağı və sui-qəsdlər planlaşdırmağı öyrənib
İKT04:17
Tramp: "Flydubai" təyyarəsini santexnik xilas edib
Digər ölkələr03:44
"O Jogo": Ronaldu karyerasını Portuqaliya millisində başa çatdırmaq qərarına gəlib
Futbol03:08
ABŞ tezliklə İrana zərbələrin bərpası ilə bağlı qərar verəcək
Digər ölkələr02:39
Suriyada avtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr02:23
Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb
Digər ölkələr01:51
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:12