Lənkəranda avtomobil qəzasında yaralanan şəxs ölüb - FOTO

Hadisə
  • 08 fevral, 2016
  • 05:18
Lənkəranda avtomobil qəzasında yaralanan şəxs ölüb - FOTO

Bakı. 8 fevral. REPORT.AZ/ Avtomobil qəzasında ağır xəsarət alaraq komaya düşən Lənkəran sakini bir həftədən sonra dünyasını dəyişib. "Report" xəbər verir ki, rayonun Üzümçülük qəsəbə sakini, 36 yaşlı Arzuman Vəlihəd oğlu Qurbanov fevralın 1-də Liman-Nərimanabad şosesinin 3-cü kilometrliyində velosipedlə hərəkətdə olarkən avtomaşınla vurulmuşdu. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilən A.Qurbanov bu gün səhər saatlarında dünyasını dəyişib. Hadisəni törədən şəxs istintaqa ifadəsində yolun qaranlıq olduğunu, velosipedçini görmədiyini söyləyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.