Kürdəmirdə zəncirvari qəza oldu, yaralılar var
Hadisə
- 16 may, 2020
- 06:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir rayonunda zəncirvari yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini Rəhim Rəhimovun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman Kürdəmir rayon sakini Əlvan Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Bu zaman "Niva" Nazim Süleymanovun idarə etdiyi "VAZ-2107" markalı maşınla toqquşub.
Nəticədə "Mercedes"də olan sərnişinlər - Ucar rayon sakini, 32 yaşlı İsrailov Ərşad Ədilxan oğlu və Ağstafa rayon sakini, 39 yaşlı Cəlilov Samir Səhnədər oğlu müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt bağlı araşdırma aparılır.
Son xəbərlər
10:26
IMF: Qafqaz və Mərkəzi Asiya ölkələri ixracın şaxələndirilməsi səviyyəsinə görə geri qalır
İqtisadiyyat
10:22
IMF: Orta Dəhliz və özəl sektor Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi dayanıqlığını artıracaq
İqtisadiyyat
10:21
Karmen Naydu: "Yanacaq subsidiyaları Qafqaz və Mərkəzi Asiya ölkələrində inflyasiya şoklarını yumşaldır"
Maliyyə
10:18
DSMF: 10 ayda sığortaolunanların sayı 140 min nəfərə yaxın artıb
Maliyyə
10:13
IMF Qafqaz və Mərkəzi Asiyada iqtisadi dayanıqlılığın əsas şərtlərini elan edib
Maliyyə
10:08
Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir
Daxili siyasət
10:02
Brunu Fernandeş "Mançester Yunayted"in ikinci müqavilə təklifini də qəbul etməyib
Futbol
10:01
Foto
"Eternity-2026": Azərbaycan, Gürcüstan və Türkiyənin birgə hərbi təlimi başlayıb
Hərbi
10:01
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Hadisə