Brunu Fernandeş "Mançester Yunayted"in ikinci müqavilə təklifini də qəbul etməyib

Futbol
  • 13 noyabr, 2026
  • 10:02
Brunu Fernandeş Mançester Yunaytedin ikinci müqavilə təklifini də qəbul etməyib

"Mançester Yunayted"in futbolçusu Brunu Fernandeş müqaviləsinin müddətinin uzadılması ilə bağlı klubun ikinci təklifini də rədd edib.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İngiltərə klubunun 32 yaşlı yarımmüdafiəçi ilə danışıqları yaydan davam edir. Lakin hələlik ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Oyunçunun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. "Qırmızı şeytanlar"ın müqaviləni daha bir mövsüm artırmaq hüququ var.

Xatırladaq ki, 2020-ci ildən "Mançester Yunayted"də çıxış edən Brunu Fernandeş cari mövsüm Premyer Liqada doqquz oyuna çıxıb, dörd qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.