Kürdəmirdə yük avtomobilləri toqquşub, xəsarət alanlar var
Hadisə
- 25 noyabr, 2021
- 06:05
Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı yük maşını ilə “KamAZ” markalı yük avtomobili toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü, Balakən rayon sakini, 33 yaşlı Xalayev Elvin Vaqif oğlu və onun sərnişini, Zaqatala rayon sakini, 67 yaşlı Çobanov Osman Şaban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:11
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb
Digər ölkələr22:00
Ceyhun Bayramovla Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər
Xarici siyasət21:54
Foto
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB
Futbol21:53
ABŞ Serbiya ilə strateji tərəfdaşlığı dərinləşdirmək istəyir
Digər ölkələr21:50
"Politico": ABŞ dizel ixracına 90 günlük qadağa hazırlayır
Digər ölkələr21:44
Video
"Euronews" Azərbaycan musiqisinə həsr olunmuş süjet yayımlayıb
Mədəniyyət siyasəti21:30
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Region21:25
Foto
Azərbaycanın usta cüdoçuları dünya çempionatında çıxışlarını başa vurublar
Komanda21:21