Kürdəmirdə fəhlə işlədiyi evdən oğurluq edib - VİDEO - YENİLƏNİB

Hadisə
  • 26 noyabr, 2018
  • 11:29
Kürdəmirdə fəhlə işlədiyi evdən oğurluq edib - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 14:09

Kürdəmir. 26 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda evdən 3000 manatlıq məişət avadanlığı oğurlanıb. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü Elçin Saday oğlu Səlimov Kürdəmir rayonu, Ə.Abdullayev küçəsi, ev 31 ünvanındakı evinin mətbəxindən və yataq otağından 3 000 manat dəyərində məişət avadanlığının naməlum şəxs və ya şəxslərin oğurlaması ilə bağlı rayon polis şöbəsinə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonu, Xırdapay kənd sakini, 1982-ci il təvəllüdlü Qabil Kamal oğlu Süleymanovun noyabrın 18-də Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi 31 ünvanında yerləşən evə daxil olaraq 1 ədəd “Samsung” markalı soyuducunu, 1 ədəd “Samsung” markalı paltaryuyanı və 1 ədəd “Rotex” markalı televizoru oğurladığı müəyyən edilib. 

Həmin şəxs saxlanlıb, oğurladığı əşyalar isə maddi sübut qismində istintaqa təqdim olunub. Bundan başqa, Q.Süleymanova özləri də bilmədən kömək etməkdə şübhəli bilinən surucu Novruz Baxşıyev Ağamməd oğlu və əşyaları daşımaqda kömək edən Habil Cabir oğlu Hüseynov istintaqın tam araşdırılması məqsədilə RPŞ-yə dəvət olunublar.

Faktla bağlı Kürdəmir rayon Polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Kürdəmirdə fəhlə işlədiyi evdən oğurluq edib - VİDEO - YENİLƏNİB