Kürdəmirdə evdən 1250 manatlıq qızıl-zinət və bəzək əşyaları oğurlanıb - FOTO - VİDEO - YENİLƏNİB
- 10 aprel, 2019
- 20:08
Video əlavə olunub
18:34
Kürdəmir rayonunda evdən 1250 manatlıq qızıl-zinət və bəzək əşyaları oğurlanıb.
"Report"un Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə aprelin 7-də şəhər ərazisində qeydə alınıb.
Belə ki, Kürdəmir şəhər sakini Şəbnəm Sehran qızı Ələkbərova rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən ona məxsus 1250 manat dəyərində qızıl-zinət və bəzək əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini Ağsu şəhər sakini, 1987-ci il təvəllüdlü Dadaşov Orxan Xanqulu oğlunun törətdiyi məlum olub. Şübhəli şəxs saxlanılaraq maddi sübutla birlikdə istintaq bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.