Kürdəmirdə avtomobil qadını vuraraq ağır xəsarət yetirdi
Hadisə
- 07 sentyabr, 2020
- 19:47
Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Babək prospektində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakini, 56 yaşlı Şirinova Gülnarə Üzeyir qızını vurub. Nəticədə G.Şirinova ağır bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:36
Foto
DÇ-2026: Almaniya - Paraqvay oyununun əlavə vaxt başlayıb – YENİLƏNİR-6
Futbol02:19
Hajime Moriyasu: "Mundialla vidalaşdığımız üçün böyük məyusluq hissi keçirirəm"
Futbol01:54
Türkiyəli nazir qaçqınların geri dönüşünü müzakirə etmək üçün Suriyaya gedir
Region01:17
"Çikaqo Fayr" Levandovskinin transferini açıqlayıb
Futbol01:03
"BFM TV": Monakoda baş verən partlayışda üç nəfər yaralanıb
Digər ölkələr00:39
Pezeşkian: ABŞ memoranduma sadiq qalsa, İran da öz öhdəliklərinə əməl edəcək
Region00:04
Tramp: ABŞ hərbi baxımdan İran üzərində qələbə qazanır
Digər ölkələr00:00
Şahbaz Şərif Türkiyə və İrana səfər edəcək
Digər ölkələr23:51