AzAK qüvvədə olan attestatların sayını açıqlayıb
- 13 noyabr, 2026
- 11:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda bir çox laboratoriya və qurumlar akkreditasiyadan keçib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) Keyfiyyət üzrə meneceri Ləman Salmanova Bakıda keçirilən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, qüvvədə olan attestatların 184-ü sınaq laboratoriyalarına, 36-sı kalibrləmə laboratoriyalarına, 94-ü inspeksiya orqanlarına aiddir: "Bundan başqa, məhsulların sertifikatlaşdırılması üzrə orqanlara 20, fiziki şəxslərin sertifikatlaşdırılması üzrə orqanlara 20, idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanlara isə 15 attestat verilib. 2026-cı ilin ilk 9 ayında isə akkreditasiya üzrə 92 müraciət daxil olub, 101 attestat verilib".
L.Salmanova əlavə edib ki, hesabat dövründə sınaq laboratoriyalarına 52, kalibrləmə laboratoriyalarına 27 attestat verilib: "Mal, xidmət və işin sertifikatlaşdırılmas üzrə qurumlara 8, idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə qurumlara 4, fiziki şəxslərin sertifikatlaşdırılması üzrə qurumlara 4, inspeksiya orqanlarına isə 6 attestat təqdim edilib".