Kürdəmirdə avtomobil aşıb, iki qadın xəsarət alıb - FOTO
Hadisə
- 05 fevral, 2016
- 19:19
Bakı. 5 fevral. REPORT.AZ/ Bakı-Qazax yolunun 196-cı kilometrliyində, yolun Kürdəmir rayonundan keçən hissəsində qəza baş verib.
"Report" xəbər verir ki, Bakı sakini Sakit Cəfərov "Hyundai" markalı minik maşını ilə hərəkətdə olarkən, idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə maşında olan sərnişinlər - Bakı şəhər sakinləri - 51 yaşlı Reyhan Abdullayeva və 12 yaşlı Fidan Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Son xəbərlər
09:25
Yaponiyada "Dujuan" qasırğası səbəbindən üç nəfər ölüb
Digər ölkələr09:24
Sumqayıtda piyada ölümü ilə nəticələnən avtoqəza olub
Hadisə09:22
Bakıda iki avtomobil toqquşub, ölən var
Hadisə09:21
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.09.2026)
Maliyyə09:03
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri bəlli olub
Fərdi09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.09.2026)
Maliyyə08:56
EBRD Azərbaycanda əməliyyat aktivlərini cüzi artırıb
Maliyyə08:50