EBRD Azərbaycanda əməliyyat aktivlərini cüzi artırıb

Maliyyə
  • 22 sentyabr, 2026
  • 08:56
EBRD Azərbaycanda əməliyyat aktivlərini cüzi artırıb

31 avqust 2026-cı il tarixinə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 879 milyon avro dəyərində qiymətləndirilir.

"Report"un EBRD-yə istinadən məlumatına görə, portfelin 41 %-i özəl sektorun payına düşür.

31 iyul 2026-cı ilin göstəricisi ilə müqayisədə portfel 1,01 % və ya 9 milyon avro azalıb.

Bununla yanaşı, hazırda 35 layihə aktivdir.

EBRD-nin məlumatına görə, cari portfelin əsas hissəsi - 90 %-i (787 milyon avro) dayanıqlı infrastrukturun inkişafının maliyyələşdirilməsini əhatə edir, 7 %-i (63 milyon avro) maliyyə institutlarının kreditləşdirilməsinin, daha 3 %-i (29 milyon avro) isə korporativ sektorun payına düşür.

Ümumilikdə, EBRD indiyədək Azərbaycanda 202 layihənin həyata keçirilməsinə 3,699 milyard avro yatırım edib.

Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi 31 avqust 2026-cı il tarixinə 31 iyul göstəricisi ilə müqayisədə 0,56 % (4 milyon avro) artaraq 719 milyon avro təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə bank Azərbaycanda 81 milyon avro məbləğində 10 layihəni maliyyələşdirib.