Kürdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Hadisə
  • 20 iyul, 2015
  • 12:58
Kürdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakı. 20 iyul. REPORT.AZ/ Şirvan şəhərində Kür çayında (“Əli Bayramlı” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş bir nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub. Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir.

Əməliyyat saat 15:45-də başa çatıb.