Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb
Hadisə
- 05 iyul, 2019
- 07:31
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb.
Komitədən “Report”a verilən məlumata görə, İdarəyə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycanın aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınması barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şossesində saxlanılıb və baxış keçirilib. Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycana məxsus aksiz markası olmayan 114 000 ədəd "King" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:13
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Digər ölkələr22:52
"Çelsi" London derbisində "Arsenal"a məğlub olub
Futbol22:28
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:20
Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub
Komanda22:07
Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb
Futbol22:05
Uitkoff: ABŞ, Rusiya və Ukrayna tezliklə üçtərəfli görüş elan edə bilərlər
Digər ölkələr21:41
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə21:29
Kabo-Verdedə avtobus qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb – YENİLƏNİB
Digər ölkələr21:11