Konstitusiya Məhkəməsi “Azercell”in şikayətini icraata götürüb

Hadisə
  • 28 mart, 2017
  • 13:47
Konstitusiya Məhkəməsi “Azercell”in şikayətini icraata götürüb

Bakı. 28 mart. REPORT.AZ/ Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, “Azercell Telekom” MMC-nin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun aprelin 14-nə təyin edilən iclasında baxılacaq.