Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etdi

Hadisə
  • 14 may, 2020
  • 11:47
Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etdi
Konstitusiya Məhkəməsi
Report

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyun ayının 12-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, MPM-in 403.2-ci maddəsində deyilir:

“Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər”.