Keçmiş MTN polkovnikinin əmlakının üzərinə qoyulmuş həbs götürülməyib

Hadisə
  • 30 noyabr, 2017
  • 08:24
Keçmiş MTN polkovnikinin əmlakının üzərinə qoyulmuş həbs götürülməyib

Bakı. 30 noyabr. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Rafiq Səfərovun əmlakının üzərinə qoyulmuş həbs götürülməyib.

"Report"un xəbərinə görə, bu barədə qərarı Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə kollegiyası elan edib.

R.Səfərovun Mərdəkan qəsəbəsində yerləşən mülkünün dəyəri 250 min manat qiymətində göstərilib. O, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə şahid qismində dindirilib.

Qeyd olunub ki, hazırda R.Səfərovun barəsində cinayət işi Ağır Cinayətlərə Dair İşlət üzrə İstintaq İdarəsində araşdırılır.

Rafiq Səfərov sahibkar Sahib Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinib. O, hazırda həbsdə deyil.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinim hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxslərin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar da qəbul edilib.