Keçmiş məhkumdan 8 kiloqram narkotik götürülüb

Hadisə
  • 25 fevral, 2025
  • 08:30
Keçmiş məhkumdan 8 kiloqram narkotik götürülüb

Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, həyata keçirilən tədbirlərlə əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum edilmiş 49 yaşlı Nazim Cahangirov saxlanılıb.

Ondan ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitənin satışını planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.