Kayseridə Azərbaycan və Türkiyə vətəndaşlarının idarə etdiyi avtomobillər toqquşub, 4 tələbə ölüb

Hadisə
  • 22 iyul, 2017
  • 06:25
Kayseridə Azərbaycan və Türkiyə vətəndaşlarının idarə etdiyi avtomobillər toqquşub, 4 tələbə ölüb

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını qəza törədib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib.

Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90-JO-998 dövlət nömrə nişanlı TIR markalı yük maşını Türkiyə vətəndaşı Erkan Çetinerin idarə etdiyi 38-ZU-010 nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan 4 nəfər-Cenk Yoldaş, Sabri Ocak, Ömer Faruk Beyaz və Ahmet Aslımtürk hadisə yerində ölüb. Ölən şəxslərin hamısının tələbə olduğu bildirilib.  

Xəsarət alan daha iki nəfər isə Kayseri xəstəxanasına yerləşdirilib.

44 filmi