Karxana və transformatordan naqil oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb

Hadisə
  • 17 noyabr, 2023
  • 06:55
Karxana və transformatordan naqil oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Türkan qəsəbəsi ərazisində 2 daş karxanasından və bir transformatordan ümumilikdə 7700 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Zamin Cəfərov müəyyən olunaraq saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bildirilib.

Araşdırma aparılır.