İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB

Hadisə
  • 13 sentyabr, 2026
  • 01:22
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB

İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanın kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəzada sürücü 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, sürücünün həyat yoldaşı, 31 yaşlı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində, Topçu kəndində qeydə alınıb.

Belə ki, "Mercedes E-240" markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü və avtomobildəki sərnişinin (qadın) meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların hər ikisinin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.