İcra başçısı jurnalisti məhkəməyə verib
Hadisə
- 15 mart, 2021
- 12:56
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli barədə məhkəməyə müraciət edib.
Bu barədə “Report”a C.Məmmədli özü məlumat verib.
O bildirib ki, Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtanatma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib.
İş hakim Anar Sadıqovun icraatına verilib.
Şikayətə səbəb icra başçısının barəsində yazılan məqalələr olub.
Qeyd edək ki, bu əmələ görə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Son xəbərlər
11:01
Azəbaycanda təhlükəli mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsi müəyyən edilir
Biznes11:01
Azərbaycanda telekommunikasiya xidmətlərinin keyfiyyət tələbləri dəqiqləşdirilir
İKT11:00
Azərbaycanda bəzi satınalmalar üçün ayrıca tənzimləmə qaydası müəyyən ediləcək
Biznes11:00
Azərbaycan Mərkəzi Bankı maliyyə qruplarının da fəaliyyətinə nəzarət edəcək
Maliyyə10:58
Adil Kərimli: Yeni infrastruktur layihələri tarixi abidələr üçün təhlükə yarada bilər
Mədəniyyət siyasəti10:54
Adil Kərimli: Azərbaycanın multikultural dəyərlər modelindən dünyada nümunə kimi istifadə olunur
Mədəniyyət siyasəti10:49
Azərbaycanda benzin istehsalı cüzi azalıb
Energetika10:47
Bu ilin 8 ayında 35,3 min şəxsə əlillik təyin olunub
Sosial müdafiə10:42