Azərbaycan və BMT insan hüquqları sahəsində əməkdaşlığı müzakirə edib
- 17 sentyabr, 2026
- 10:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın BMT-nin Cenevrədəki ofisi yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli BMT-nin insan haqları üzrə ali komissarı Folker Türklə insan hüquqları sahəsində əməkdaşlığı və regiondakı vəziyyəti müzakirə edib.
"Report" xəbər verir ki, diplomat görüşün yekunları barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"BMT-nin insan haqları üzrə ali komissarı Folker Türklə görüşməkdən məmnunam. Azərbaycan və BMT arasında əməkdaşlığın cari gündəliyi, o cümlədən insan hüquqları sahəsində, eləcə də regiondakı vəziyyət barədə səmərəli fikir mübadiləsi baş tutdu", - R.Sadıqbəyli bildirib.
Pleased to meet Mr. Volker Türk, United Nations High Commissioner for Human Rights for a courtesy call. Good exchange of views on the current cooperation agenda between Azerbaijan and the UN, including in the field of human rights, as well as the situation in the region. pic.twitter.com/bNL875EkMK
— Rovshan Sadigbayli (@Sadigbayli) September 17, 2026