İsmayıllıda iribuynuzlu heyvanlara qarşı qəddarlıq edilib - FOTO
Hadisə
- 07 avqust, 2018
- 14:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda iribuynuzlu heyvanlara qarşı qəddarlıq edilib.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Girk kəndində qeydə alınıb.
Belə ki, 40 başa yaxın heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında süd vəziləri kəsilib. Kənd sakinləri bu hadisənin, ilk növbədə, hər hansı bir xəstəlik səbəbindən baş verdiyini hesab edərək İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət ediblər. Baytarlar heyvanlara baxış keçirdikdən sonra bunun hansısa xəstəlik deyil, qəsdən törədilmiş əməl olduğunu müəyyənləşdiriblər. İsmayıllı rayon Baytarlıq idarəsi həmin heyvanlara lazımi yardım göstərərək nəzarətə götürüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:35
Foto
Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə aparıb
Xarici siyasət
02:13
Azərbaycan Avropaya qaz ixracını artıracaq
Energetika
02:09
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Energetika
02:02
Foto
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Yenilənib
Xarici siyasət
01:41
Millətlər Liqası: İtaliya Fransanı məğlub edib, Türkiyə qələbəni əldən verib
Komanda
01:27
Harri Keyn İngiltərə millisində oyun sayına görə rekord müəyyənləşdirib
Futbol
01:17
Foto
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Xarici siyasət
01:15
Vaşinqtonda atışmanın təfərrüatları məlum olub
Digər ölkələr
00:46
Avropa İttifaqı Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirməni tezliklə yekunlaşdıracaq
İnfrastruktur