Harri Keyn İngiltərə millisində oyun sayına görə rekord müəyyənləşdirib

Futbol
  • 13 noyabr, 2026
  • 01:27
Harri Keyn İngiltərə millisində oyun sayına görə rekord müəyyənləşdirib

İngiltərə millisinin hücumçusu Harri Keyn milli komandada keçirdiyi oyunların sayına görə yeni rekorda imza atıb.

"Report" xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsinin V turunda Xorvatiyaya qarşı keçirilən ev oyunu 33 yaşlı forvard üçün İngiltərə millisinin heyətində 126-cı matç olub.

Beləliklə, Keyn daha əvvəl birgə lider olduğu sabiq qapıçı Piter Şiltonun rekordunu geridə qoyub.

Keyn İngiltərə millisinin heyətində vurduğu 91 qolla da rekordçudur. O, 2021 və 2024-cü illərdə keçirilən Avropa çempionatlarının gümüş mükafatçısıdır. Həmçinin dünya çempionatları tarixinin ən məhsuldar beş futbolçusundan biri olan hücumçunun hesabında 14 qol var. Keyn 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında altı qolla turnirin bombardiri olub.

2023-cü ildən Münhenin "Bavariya" klubunda çıxış edən Keyn komandanın heyətində bir sıra yerli titullar qazanıb və iki dəfə Avropa çempionatlarının ən yaxşı bombardiri olub.

44 filmi