İrandan Azərbaycana yük gətirən maşın yanıb - FOTO
Hadisə
- 19 yanvar, 2015
- 07:48
Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Biləsuvar rayonunda İrandan yük gətirən iritonnajlı avtomobil yanıb. "Report"un məlumata görə, hadisə yanvarın 18-i axşam saatlarında Biləsuvar-İran sərhədi avtomobil yolunun Muğan kəndi ərazisində baş verib. İran vətəndaşı Murtuza Məlikzadənin idarə etdiyi qoşqulu yük avtomobili Biləsuvar istiqamətində hərəkətdə olarkən maşın qəfildən alışıb. Hadisə yerinə Biləsuvar yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb olunub, alovun avtomobilin qoşqusundakı yükə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə,yanğın avtomobilin mühərrik hissəsindəki nasazlıq səbəbindən baş verib.
Qeyd edək ki, yanan maşın İrandan Azərbaycana kartof gətirirmiş.
Son xəbərlər
00:13
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
Region23:50
ÜST KDR tarixində ən böyük Ebola epidemiyası barədə məlumat verib
Digər ölkələr23:23
İranda Netanyahu və Trampın həbsi ilə bağlı qanun qəbul oluna bilər
Region23:07
Rumıniyada AES-in fasiləsiz işləməsi üçün tədbirlər görülür
Digər ölkələr22:56
Foto
Gürcüstanda Azərbaycan Əlifbası və Dili Günü qeyd olunub
Region22:49
İspaniya Kralı Seutadakı miqrasiya böhranına reaksiya verib
Digər ölkələr22:34
Türkiyədə mikroavtobus aşıb, 14 nəfər xəsarət alıb
Region22:22
Moskvanın mərkəzində partlayış baş verib, ölən və yaralananlar var
Digər ölkələr22:11