Moskvanın mərkəzində partlayış baş verib, ölən və yaralananlar var - ƏLAVƏ OLUNUB
Digər ölkələr
- 01 avqust, 2026
- 22:22
Moskvanın mərkəzində partlayış baş verib, nəticədə üç nəfər həlak olub, 21 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva üzrə Baş İdarəsindən və Milli Antiterror Komitəsinin (MAK) İnformasiya Mərkəzindən bildirilib.
DİN-in məlumatına görə, partlayış saat 20:10 radələrində Kudrinskaya meydanı, bina 1 ərazisindəki yay kafesinin yaxınlığında baş verib.
MAK-dan bildirilib ki, əldəqayırma partlayıcı qurğu işə düşüb. İlkin məlumatlara görə, qadın bombanı kafeyə keçirməyə cəhd edib, lakin mühafizəçi onu saxlayıb. Partlayış nəticəsində qadının özü, mühafizəçi və müştərilərdən biri həlak olub.
Hadisə yerində DİN-in istintaq-əməliyyat qrupu çalışır. Partlayışın başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
23:27
Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
Digər ölkələr23:14
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
Region23:10
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Hadisə23:06
Azərbaycanın Çexiyadakı səfirliyində anım tədbiri keçirilib
Xarici siyasət22:48
Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Region22:32
Güclü fırtına ABŞ-nin şimal-şərqində 75 minə yaxın insanı işıqsız qoyub
Digər ölkələr22:16
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Hadisə22:05
Azərbaycan millisini Litva ilə oyunda 100 azarkeş dəstəkləyəcək
Futbol21:43