“İnterpol” xətti ilə 13 il axtarışda olmuş azərbaycanlının məhkəməsi başlayıb

Hadisə
  • 08 noyabr, 2016
  • 11:28
“İnterpol” xətti ilə 13 il axtarışda olmuş azərbaycanlının məhkəməsi başlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 1964-cü il təvəllüdlü Akif Mövlud oğlu Əmiraslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, əslən Dəvəçi (indiki Şabran) rayonundan olan A.Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən axtarışda olub. Daha sonra “İnterpol” xətti ilə axtarışa verilən A.Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.

44 - Tezliklə