İmişlidə yol qəzası nəticəsində 3 nəfər yaralanıb
Hadisə
- 28 aprel, 2019
- 12:40
İmişli rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, qəza saat 15:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonun Xubyarlı kəndindən keçən hissəsində olub.
Bərdə sakini Qədirov Ceyhun Şakir oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil İmişli rayon Xubyarlı kənd sakini Mustafayev Elnur Valeh oğlunun sükanı arxasında olduğu "Mercedes"lə toqquşub. Hər iki sürücü və "Mercedes"də olan sərnişin Məmmədov Füzuli Sədrəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
20:41
ABŞ yaxın həftələrdə bir sıra bankları İrana qarşı sanksiyalar siyahısına daxil edə bilər
Digər ölkələr20:32
"Baku TV"nin YouTube kanallarının ümumi baxış sayı 4 milyardı ötüb
Media20:30
Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət20:27
"Euronews" İlham Əliyevin Məsud Pezeşkianı "İstisu"ya qonaq etməsini yayımlayıb
Xarici siyasət20:11
"Şimal" klubu daha bir afrikalı futbolçunu heyətinə qatıb
Futbol20:00
Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər
Region19:58
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Maliyyə19:45
Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb
İnfrastruktur19:40