İmişlidə çoban atdan yıxılaraq ölüb - YENİLƏNİB
- 25 iyul, 2019
- 17:40
İmişli rayonunda atdan yıxılaraq ağır bədən xəsarətləri alan çoban xəstəxanada ölüb.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.
Belə ki, fermada çalışan, 60 yaşlı Əliyev Loğman Nəsib oğlu aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
*** 19:23
İmişli rayonunda çoban atdan yıxılaraq ağır bədən xəsarətləri alıb.
"Report"un yerli bürosu xəbər verir ki, Cəbrayıl rayonundan olan məcburi köçkün, hələlik şəxsiyyəti məlum olmayan çoban atdan yıxılıb.
O, ağır və huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib və vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.