İki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

Hadisə
  • 14 avqust, 2015
  • 09:12
İki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

Bakı. 14 avqust. REPORT.AZ/ İki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 13-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan Rövşən Adıgözəlov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Digər analoji hadisə Gədəbəydə qeydə alınıb. Avqustun 12-də Gədəbəy rayonunun Elektrik Şəbəkəsinin işçisi Malik Quliyev rayonun Novo-Saratovka kəndində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində xəstəxanaya yerləşdirilib və avqustun 13-də orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.