İki Azərbaycan vətəndaşı Gürcüstanda törədilmiş qətldə şübhəli bilinir
- 02 noyabr, 2017
- 19:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 noyabr. REPORT.AZ/ Bir həftə əvvəl özgə maşınında və üzərilərində tapança ilə saxlanılan iki kişi Gürcüstanda törədilmiş qətl hadisəsində də şübhəli bilinir.
“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Peterburq və Moskvada yaşamış 42 yaşlı kişinin meyiti sentyabrın 11-də, Tbilisidə yerləşən restoranlardan birinin qarşısında saxlanılmış maşının içərsində aşkar edilib. O, bir neçə atəşlə qətlə yetirilib.
İstintaq Komitəsi oktyabrın 24-də Peterburqda saxlanılımış iki Azərbaycan vətəndaşı qətldə şübhəli bilir.
Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə (Qətl) cinayət işi qaldırılıb.
Hazırda şübhəli şəxslərin həbs olunması və onlara qarşı ittiham irəli sürülməsi məsələsinə baxılır.
Araşdırma davam etdirilir.