İcra hakimiyyətinin rüşvət alan əməkdaşı kassasiya şikayətini geri götürüb

Hadisə
  • 10 oktyabr, 2018
  • 05:31
İcra hakimiyyətinin rüşvət alan əməkdaşı kassasiya şikayətini geri götürüb
Report

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ali Məhkəmədə rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə də təqsirləndirilən Sabirabad Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Alim Lumanov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kasassiya şikayətini geri götürdüyü elan olunub.

İttiham aktına əsasən, A.Lumanov 11 oktyabr 2012-ci ildən 11 dekabr 2015-ci il tarixədək Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb.