Hacıqabulda zəlzələ olub

Hadisə
  • 25 dekabr, 2019
  • 07:10
Hacıqabulda zəlzələ olub

Hacıqabul rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:49-da Qobustan stansiyasından 36 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb.

Maqnitudası 3.5, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.