Hacıqabulda gənc qız dördüncü mərtəbədən yıxılıb

Hadisə
  • 01 iyul, 2017
  • 20:30
Hacıqabulda gənc qız dördüncü mərtəbədən yıxılıb

Hacıqabul. 2 iyul. REPORT.AZ/ Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 21 yaşlı Lamiyə Kamal qızı Əmənova yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanında palaz təmizləyərkən yıxılıb. Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə